26 may 2023 13:29
756

Biləsuvarda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib FOTO

Biləsuvar rayonunda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın milli irsinin inkişafı, mədəniyyət və elm sahələrinə olan xüsusi hamiliyi barədə öz təəssüratlarını bölmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev tədbirin qonağı olub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir öncəsi, Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Xalq artisti Rasim Balayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini yad etdilər.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivi, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirakına görə dəyərli sənətkarımıza minnətdarlığını bildirərək, xoş arzularını çatdırıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev tədbir boyu Ulu Öndərlə keçirdiyi görüşlər, söhbətlərdən danışıb və dahi şəxsiyyətlə bağlı xatirələrini Biləsuvar ictimaiyyəti ilə bölüşüb.

Görüşün sonunda Xalq artisti Rasim Balayevlə xatirə şəkilləri çəkilib.

Tədbirin keçirilməsində göstərilən dəstəyə görə Biləsuvar Rayon İcra Hakimiyyəti adından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Biləsuvar Regional Mədəniyyət İdarəsinə təşəkkürümüzü bildiririk.