Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar.
Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlara əvvəlcə Qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib. Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxanası, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar