16 iyun 2023 23:35
420

Səbinə Xasayeva Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib - FOTO

2023-cü il iyunun 16-da  12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonundakı Puta qəsəbə inzibatı dairəsi üzrə  nümayəndəliyin  binasnda bir qrup vətəndaşı  fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib. 

“İki sahil” xəbər verir ki, qəbula gələnlər məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına, 126 nömrəli marşrutun fəaliyyətinin yaxşılaşdırılmasına,  aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə  sosial siyasət sahəsində  özünüməşgulluq proqramına cəlb olunmalarına, yeni iş yerlərinin yaradılmasına,işsizliyə görə ünvanlı dövlət sosial yardım almaq hüququnun təyin edilməsinə, işə qəbul olunmalarına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsni xahiş ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə  Xasayeva tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə ediblər, onları narahat edən məsələlərin tezliklə  həllini tapacağına əminliklərini bildiriblər.Müraciət edənlər bildiriblər ki,  belə  görüşlər deputat-seçici  münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir.

Qəbulda Qaradağ rayon icra hakimiyyəti  başçisinin Puta qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı  iştirak ediblər.