18 iyun 2023 10:47
332

FHN evi yararsız vəziyyətə düşən Lənkəran sakininə kömək edib FOTO

Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.