20 iyun 2023 15:39
296

Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb FOTO

Paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

“İki sahil” xəbər verir ki,  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb.

Araşdırma aparılır.

Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur.