21 iyun 2023 21:05
604

Biləsuvarda muğam ifaçısı, xanəndə Abgül Mirzəliyevin ifasında konsert proqramı nümayiş olunub - FOTO

Biləsuvar rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq bu gün Heydər Əliyev Məktəbində muğam ifaçısı, xanəndə Abgül Mirzəliyevin ifasında konsert proqramı nümayiş olunub.

“İki sahil” xəbər verir ki,  tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, RİH başçısı aparatının kollektivi, YAP Biləsuvar rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən icra başçısı Faiq Qürbətov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.

Faiq Qürbətov qeyd etdi ki, Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kursun, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi nəticəsində müstəqil Azərbaycan daha yüksək zirvələri fəth edir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.

Tədbir boyu Abgül Mirzəliyev Azərbaycan muğamlarını ifa edib.