İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, «Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu» mövzusunda konfrans keçirilib.
Konfransda şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rəhim Süleymanov və Qaçay Qarayev, Vətən müharibəsi qaziləri, çağırış yaşlı gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Çıxış edənlər müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrünün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər.
Vurğulanıb ki, rəşadətli Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırıb. Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Elçin Zaman, "İki sahil"
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
YAP Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib