"Azərbaycan Ordusunun atəşi nəticəsində qanunsuz erməni dəstə üzvünün yaralanması xəbəri yalandır".
Bu barədə “İki sahil”ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb", - nazirlikdən bildirilib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar