23 iyun 2023 14:48
872

Müdafiə Sənayesi Nazirliyi sferasinda ixtisasli kadrlarin hazirlanmasi istiqamətində prioritetlər və perspektivlər

İnnovativ elmi tədqiqatlarin həyata keçirilməsində təhsilin strateji rolu…

Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Azərbaycan elmi inkişaf edə bilməzdi və biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.
Ümummilli Lider Heydər Əliyev

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə elm və təhsilin inkişafı, elm və təhsil siyasətini daim prioritet olaraq önə çəkmiş, hər iki sahənin idarə edilməsində yeni yanaşmaların tətbiq edilməsini əsas strateji vəzifələrdən biri hesab etmişdir.

Son illər kompleks həyata keçirilən islahatların başlıca məqsədlərindən biri də ölkəmizdə texnoloji innovasiyaların inkişafı üçün zəruri olan bütün şərait və imkanların, son nəticədə rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır, çünki bu gün müasir dünya bazarına çıxış üçün əsas həlledici amil rəqabətqabiliyyətli və innovativ müdafiə sənayesinin yaradılması və inkişaf etdirilməsidir. Bu isə artıq innovativ müdafiə sənaye sferasına yönəldilən investisiyaların həcmi ilə deyil, daha çox müasirliyin və yeni cağın innovativlik göstəricilərinin səviyyəsi ilə ölçülməsidir.

Elmi texnoloji innovasiyaların sürətlə inkişaf etdiyi yeni bir dövr kreativ ruhda texnoloji yaradıcılığın, innovativ texnologiyaların təhsil mühitinə həm inteqrasiyası, həm də transferinin əsas istiqamətlərini müəyyən edir.

Elmi tədqiqatların innovasiyalarla inteqrasiyasında və təhsildə innovativ yanaşma metodları, yaranan problemlərin həlli üçün fikir mübadiləsi, bilik və düşüncə hovuzu, həmçinin bu istiqamətdə meydana çıxan aktual təkliflərin müzakirəsi ilə birbaşa bağlıdır.  Bu məsələləri əhatə edən və bu yöndə həyata keçirilən dövlət siyasəti, iqtisadi potensialı intellektual kapitala və eləcə də bilik iqtisadiyyatı yönündə aparılan mühüm işlərə çevirməyi nəzərdə tutur. İnnovativ müdafiə sənayesinin gələcəyinin neft amili üzərində qurula bilmədiyi, bu da öz növbəsində təbii resursların, 50 il, 100 ildən sonra tükənə bilindiyini göz önündə tutur və eləcə də çağdaş iqtisadiyyatın elm-texnologiya üzərində, qeyri-neft sektorunun isə daha da inkişaf etdirilməsi istiqamətində qurulmasını birmənalı diqtə edir.

Bununla əlaqədar ölkə rəhbəri hələ 2003-cü ildə Cenevrə şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqı sərgisində “qara qızılın insan kapitalına” çevrilməsinə dair bəyanətlə çıxış etməsi, bu istiqamətdə həyata keçirilən dövlət proqramlarında onun əsas gələcək mətləblərindən xəbər vermişdir.   Bu baxımdan inkişaf etmiş dünyada elm və təhsilə inteqrasiya üzrə dövlət proqramları qəbul edilir və bir neçə istiqamətdə paralel mütərəqqi işlər həyata keçirilir.

Cəmiyyətimizin bütün səviyyələrində innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin sürətləndirilməsi məqsədilə bütün istiqamətlərdə stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanmasına start verilməsi də təşviq olunn məsələlərdəndir.

Azərbaycan Respublikası Prezidentinin hələ 2016-cı il, 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə qeyd edildiyi kimi, Azərbaycan iqtisadiyyatı yaxın gələcəkdə səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcəkdir və 2025-ci ildən sonrakı dövrdə adambaşına düşən gəlir səviyyəsinə görə Azərbaycan Şərqi Avropa ölkələrinin səviyyələrinə yaxınlaşacaqdır. Şübhəsiz ki, bu məqsədlərə nail olmağın yeganə yolu iqtisadiyyatın innovasiya əsaslı inkişaf modelinə keçilməsi ilə birbaşa üzvü bağlıdır. İnnovasiyalı inkişaf elmi-texniki inqilabın yeni şəraitdə davamı deməkdir.  Sənayenin innovasiyalar əsasında inkişafı isə elm və texnologiya potensialının gücləndirilməsi və yeni innovativ təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkün olacaqdır.

Beləliklə bu gün elm və təhsil dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biri hesab olunduğu da qaçılmazdır. Müasir dövrdə davamlı inkişafın əsasında təhsilin və elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən, respublikada elmi tərəqqi siyasəti ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın və əqli mülkiyyətin qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və əldə edilmiş elmi nəticələrin patentləşdirilərək xaricdə tanıdılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda elm və təhsilin inkişaf etdirilməsi, əldə edilən nailiyyətlərin beynəlxalq aləmdə təbliği və yayılması istiqamətində məqsədyönlü işlər həyata keçirilməsi yeni prioritetlərə aid edilmişdir.

Elm və təhsilin inkişafına dövlət səviyyəsində qayğı göstərilməsi, dövlətçiliyin möhkəmləndirilməsində, xalqın milli-mədəni tərəqqisində və onun maddi rifah halının yüksəldilməsində əsas strateji amil kimi daima diqqət mərkəzində olması da əsas məzələlərdəndir .

Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual yanaşmalar tələb edir.

Bütün yuxarıda söylənilənləri göz önündə tutaraq, bir daha qeyd etmək yerinə düşərdi ki, tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, innovasiyaların tədris prosesində tətbiqi, elmi tədqiqatlar və kadr hazırlığı məsələsini daha da aktuallaşdırmış olur. Bu baxımdan qarşıda duran əsas vəzifə “elm-təhsil-innovasiya” zəncirini təşkil etmək, təhsilin və elmi tədqiqatların keyfiyyətini yüksəltmək, ixtisaslı mütəxəssis və elmi kadrların hazırlanmasını təmin etməkdir.

Ölkə başçısı əbəs yerə bəyan etməmişdir: “Azərbaycanda çox güclü hərbi sənaye kompleksi yaradılmalıdır və yaradılacaqdır!”.

Odur ki, 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edib xalqımıza Zəfər sevincini yaşadan ordumuz canlı qüvvəsi ilə yanaşı, ən müasir hərbi texnika və sursatlardan istifadə etmiş və müasir yüksəkdəqiqlikli silahlarların tədbiqi əsasında  biz daha az itki ilə bu möhtəşəm qələbəni də qazanabildik. Məhz buna görə də yeni texnologiyalardan istifadə edərək innovativ və rəqabətədavamlı hərbi texnikaların, radioelektron mübarizə vasitələrinin, kompozit materiallardan istifadə etməklə yeni texnologiyaların, geniş imkanlı optik-elektron cihaz və avadanlıqların və s. yaradılması üçün yeni istiqamətlər üzrə elmi tədqiqatların aparılması tələb olunur.

Bu məqsədlə də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri üçün yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.06.2011-ci il tarixli qərarı ilə Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiya” fakültəsi və fakültənin tərkibində müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı istiqaməti üzrə bir neçə ixtisaslar, o cümlədən “Xüsusi texnika və texnologiya”, “Pirotexniki vasitələrin texnologiyası”, “Çoxkanallı radiorele, troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri”, “Silah və silah sistemlərinin istehsal texnologiyası”, “Optotexnika” və “Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı” yaradlmış oldu. Yuxarıda qeyd olunan ixtisaslar üzrə Müdafiə Sənayesi Nazirliyi nəzdində aparılan elmi tədqiqat işləri zamanı əldə edilmiş innovasiyaların təhsil proseslərində tətbiq olunma imkanları daim araşdırılır. Burada ixtisaslı kadrların hazırlanması istiqamətində dövlət əhəmiyyətli işlər aparılır. Təhsil müddətində əldə edilmiş nəzəri biliklər laboratoriya şəraitində praktiki olaraq möhkəmləndirilir. Nəzəri biliklərlə istehsalat təcrübəsinin qarşılıqlı vəhdəti olmadan  müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanmasında çətinliklər yaranır. Tələbələrin nəzəri biliklərlə yanaşı, onların dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün istehsalat təcrübələri imkanları da genişləndirilməlidir.

Buna görə də tələbələrə universitetdə aldığı yüksək nəzəri bilikləri praktiki olaraq tətbiq etmək üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin müasir texniki bazalı istehsal sahələrindən istifadə etməyə şərait yaradılıb. “Xüsusi texnika və texnologiya” fakültəsində nəzəri və praktiki dərslər universitetlə yanaşı, həftədə bir gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodlarda və Müdafiə Nazirliyinin təlim mərkəzlərində yaradılan geniş auditoriyalarda, istehsalat sahələrində keçirilir. Bu müəssisələrdə tələbələr istehsal və texnoloji prosesləri, orada işin təşkilini əyani görür və istehsalat təcrübəsindən yararlanır. Əbəs yerə  deyilməmişdir ki, “nəzəriyyədən məhrum təcrübə kor, təcrübəsiz nəzəriyyə isə səmərəsiz və qeyri-məhsuldardır”.

Tələbələrin tədqiqatlara əsas hərəkətverici qüvvə kimi qoşulması intellektual inkişafa xidmət edir. İnnovativ layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması gənclərin qarşısında yeni perspektivlər açır, onların təcrübə qazanmasına və müstəqil olaraq elmi ideyalarının həyata keçirilməsinə şərait yaradır.

Müəllim-professor və tələbə heyəti ilə aparıcı mütəxəssislərinin davamlı olaraq birgə elmi diskussiyalar aparması, tələbələrin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində keçdiyi istehsalat təcrübəsi, elmtutumlu tədqiqat işlərinin istehsal sahələri ilə əlaqələndirilməsi və müdafiə sənayesi üzrə hərbi təyinatlı yeni istiqamətlər üzrə ixtisasların yaradılması elmi araşdırmalar nəticəsində əldə edilmiş innovasiyaların təhsil prosesində tətbiqi məsələsini daha da sürətləndirmiş olacaqdır.

Bildiyimiz kimi elm və təhsilin davamlı inkişafı ölkədə gənclər siyasətinin düzgün qurulmasından da bilavasitə asılıdır, çünki müasir Azərbaycan gəncliyi digər sahələrlə yanaşı, elm və təhsilin də davamlı inkişafının, innovasiyaların tətbiqinin hərəkətverici qüvvəsi və gələcək üçün qarantıdır. Müstəqilliyimizin zəmanəti olan elm, təhsil və innovasiyalar – bilik, savad və müasirlikdir, gəncliyi gələcəyə aparan parlaq və işıqlı yoldur.

Əminik ki, bu gün elmi biliklərə və təhsilə münasibəti, ictimai fəallığı ilə hər birimizə qürur hissi yaşadan gənclərimiz, ümumiyyətlə, müasir Azərbaycan gəncliyi dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacaq, gələcək fəaliyyətləri ilə elm və təhsilin davamlı inkişafını, müstəqil Azərbaycanın parlaq gələcəyini təmin edəcəkdir. Elm və təhsilə innovativ yanaşma və innovasiyaların təhsil prosesində tətbiqi yeni dövrün proqressiv zamanın tələbidir. Əgər biz bəşəriyyətin inkişafının zirvə nöqtəsini vətəndaş cəmiyyətinin qurulmasında görürüksə, buna yalnız elmi uğurları tətbiq etməklə, təhsilin elmi innovasiyalar əsasında inkişaf etdirilməsi, elm-təhsil-istehsalat əlaqələrinin möhkəmləndirilməsi yolu ilə insanların intellektual səviyyəsini yüksəltməklə nail olmaq olar.

Sonda dahi Nizami demişkən: “QÜVVƏT ELMDƏDİR BAŞQA CÜR HEÇ KƏS, HEÇ KƏSƏ ÜSTÜNLÜK EYLƏYƏ BİLMƏZ”.

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun  direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert, Rabitə ustası, 
Azərbaycan Dövlət İqtisad Unversitetinin Rəqəmsal Texnologiyalar və Tədbiqi İnformatika kafedrasının müəllimi,

YAP Xətai rayon təşkilatının "Salam Rahim Memmedov 25" ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini