2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, toplantı iştirakçılarına zədələnmiş texnikanın ərazidən təxliyəsinin həyata keçirilməsi, həmçinin təmir vasitələrindən düzgün istifadə qaydalarının ardıcıllığı praktiki nümayiş etdirilərək izah olunub.
Toplantının keçirilməsində əsas məqsəd zirehli tank xidməti rəislərinin bilik və bacarıqlarının daha da artırılmasıdır.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar