17 iyul 2023 19:16
345

Kapital bazarlarında investorların kompensasiyası mexanizmi yaradılacaq

Bu gün İqtisadi Şuranın iclasında kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər geniş müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.