Ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə iqtisadi sahədə Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin iş adamları arasında daimi təmas və əlaqələrin yaradılmasına dəstək verilməsi, energetika, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR: İtaliyada investisiya layihələri və aktivlərin alınması ilə bağlı məsələlər plan üzrə qiymətləndirilir
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir