19 iyul 2023 09:21
323

ADB Azərbaycanın daxil olduğu CCA regionunun iqtisadi artım proqnozunu açıqlayıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə (CCA) üzrə iqtisadi artım proqnozlarını azaldıb.

“İki sahil” xəbər verir ki, bu barədə ADB-nin Asiya ölkələrinin iqtisadi artım proqnozu ilə bağlı hesabatında bildirilib.

Bank qeyd edib ki, Azərbaycanda neft hasilatının gözləniləndən çox azaldığını nəzərə alaraq ADB 2023-cü ildə CCA-in iqtisadi artım proqozunu 4,4%-dən 4,3%-ə, 2024-cü ildə isə 4,6%-dən 4,4%-ə qədər endirib.

ADB həmçinin, regionun inflyasiya proqnozunu aprel hesabatı ilə müqayisədə 2023-cü il üzrə 10,3%-dən 10,6%-ə, 2024-cü il üzrə isə 7,5%-dən 7,8%-dək artırıb.