Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üçün ÜDM-in artım proqnozunu 2023-cü ildə 0,1 faiz bəndi, 2024-cü ildə isə 0,2 faiz bəndi aşağı salıb.
“İki sahil” xəbər verir ki, bu barədə ADB-nin Asiya ölkələrinin iqtisadi artım proqnozu ilə bağlı "İnflyasiya ilə güclü inkişaf" adlı hesabatında bildirilib.
Belə ki, iqtisadi artım proqnozu 2023-cü il üçün aprel ayında dərc edilən proqnoza qarşı 4,4 %-dən 4,3 %-ə, 2024-cü il üçün 4,6 %-dən 4,4 %-ə endirilib.
Qeyd edilib ki, hər iki dəyişiklik Azərbaycan və Türkmənistanın proqnozlarının aşağı salınmasını əks etdirir.
"Azərbaycanda neft və qaz hasilatı 2023-cü ilin ilk 5 ayında gözləniləndən aşağı düşüb və qlobal neft qiymətlərində də azalma baş verib. 2023-cü ilin yanvar-may aylarında Gürcüstan, Qazaxıstan və Tacikistanla bağlı iqtisadi gözləntilər cüzi artırılsa da, bu artımlar Azərbaycan və Türkmənistanla bağlı azalmaları tarazlamağa kifayət etmir", - ADB bildirir.
SOCAR: İtaliyada investisiya layihələri və aktivlərin alınması ilə bağlı məsələlər plan üzrə qiymətləndirilir
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir