Azərbaycanla Avstriya arasında enerji sahəsində əməkdaşlıq üzrə gələcək perspektivlər müzakirə edilib.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, müzakirələr energetika naziri Pərviz Şahbazovun Avstriyanın enerji tənzimləyici qurumu “E-Control”un icraçı direktoru, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) vitse-prezidenti Volfqanq Urbançiç ilə keçirilən görüşdə baş tutub.
Görüş zamanı Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb, mövcud əməkdaşlığın gündəliyi nəzərdən keçirilib.
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir