20 iyul 2023 00:12
427

“Wintershall”ın yeni kəşfi

Almaniyanın “Wintershall”  neft və qaz şirkəti  Norveç dənizində kəşf etdiyi “Bergknap”p quyusunun yerləşdiyi yataqda  kifayət qədər əhəmiyyətli ehtiyatların olduğunu sübut etməyə davam edir.  Şirkət  “Bergknapp” qiymətləndirmə quyusundan gündəlik  38-72 milyon ehtiyat aşkar  etdiyini elan edib.

Qeyd edək ki, Şirkətin “LinkedIn”də  verdiyi açıqlamaya görə, qiymətləndirmənin nəticələri şirkətin ərazidəki əməliyyatların davam edib-etməyəcəyini  müəyyən edəcək.

“Wintershall Dea” artıq “Bergknapp”a  yaxın olan ərazidə  bir neçə kəşfə imza atıb.  “Wintershall Dea Norge”nin Qazma və Quyular şöbəsinin rəhbəri Nils Petter Norheim: “Bu, “Transocean Norge” ilə qazılan quyular seriyasının sonuncusudur. Ən əsası odur ki, biz bu quyuları ən yüksək HSEQ standartı ilə təhvil verməyə davam edirik”-deyə bildirib. // rochesterfirst.com

Leyla Şıxəli, “İki sahil”