21 iyul 2023 10:14
358

Azərbaycanda mikrokreditlərin verilməsinin sadələşdirilməsi müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) mikrokreditlərin verilməsinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun tviter hesabında bildirilir.

Məlumatda deyilir ki, AMB-də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdindəki Ekspert Qrupları ilə görüş keçirilib. Görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikrokreditlərin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesabının açılması, kiber risklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib, sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.