22 iyul 2023 11:34
733

Şahin Bağırov Naxçıvanda səfərdədir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvanda səfərdədir.

“İki sahil” xəbər verir ki, DGK sədri Şahin Bağırov və komitənin nümayəndə heyəti iyulun 22-də Naxçıvana Naxçıvana səfərə gəliblər.

Səfər çərçivəsində DGK sədri Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.