"Eos Qrup” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 18-yə çatıb.
"Şirkət Parkın ərazisində investisiya dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradacaq və 49 nəfəri işlə təmin edəcək" - deyə M.Cabbarov qeyd edib.
Eos Qrup MMC-yə Ağdam #SənayeParkı-nın rezidenti statusu verilib və rezidentlərin sayı 18-ə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində #investisiya həcmi 4,7 mln.₼ olan qazbeton blok istehsalı müəssisəsi yaradılacaq və 49 nəfər işlə təmin ediləcək.#EconomyAz pic.twitter.com/D1k1HP9HAS
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 24, 2023