“Mees News”un verdiyi məlumata görə, Malayziyanın “Petronas” dövlət neft şirkəti İraqın “Gharraf” neft yatağındakı payını İndoneziyanın dövlət neft və təbii qaz şirkəti “Pertamina”ya satmaq niyyətindədir. Lakin Bağdad Malayziya şirkətinin İraqın cənubundakı Yamama rezervuarındakı hasilat işlərini daha da inkişaf etdirmək istəməsindən məmnun deyil.
Qeyd edək ki, Malayziyanın “Petronas” şirkəti 2020-ci ilin oktyabrından İraqın “Gharraf” neft yatağındakı payını satmağı düşünsə də , payını sataraq tərk etmək niyyətinin olduğunu İraqın neft naziri Hayan Əbdül-Qaninə indi məlumat verib. “Petronas” 2020-ci ilin oktyabrından davamlı olaraq aşağı neft qiymətləri fonunda İraqdakı “Gharraf” neft yatağından çıxmağı düşündüyünü açıqlayıb.
“Gharraf” neft yatağı Nasiriyyə şəhərindən 85 kilometr şimalda, Ziqar əyalətində yerləşir və 1984-cü ildə kəşf edilən neft yatağının ehtiyatları 860 milyon ilə bir milyard barel arasında dəyişir.
Leyla Şıxəli, “İki sahil”