Beynəlxalq Valyuta Fondu Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi artımı 2022-ci ildəki 5,4 %-dən 2023-cü ildə 2,5 %-ə düşəcəyi proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Fondun iyul hesabatında bildirilir.
Qeyd edilir ki, həmçinin 0,4 faiz bəndi azalmanın yaranması ehtimalı var. Bunun da səbəbi Səudiyyə Ərəbistanında artımın sürətlə yavaşlayaraq 2022-ci ildəki 8,7 % artımdan 2023-cü ildə 1,9 % artıma düşməsidir.
Səudiyyə Ərəbistanı üçün 2023-cü ildə yaranan bu azalmanın səbəbi aprel və iyun aylarında “OPEC+” çərçivəsində elan edilən hasilat azalmalarının nəticəsidir.