27 iyul 2023 10:56
475

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “31 №li Yol İstismarı” MMC-nin direktoru Roman Əsgərov vəzifəsindən azad edilib.

“İki sahil”in əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Aqil Vəliyevə həvalə olunub.

Xatırladaq ki, “31 №li Yol İstismarı” şirkəti 2000-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,7 milyon manatdır.