Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi işçilərinin könüllü tibbi sığortası üçün açıq tender elan edib.
“İki sahil” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 16-sı, saat 10:05-ə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 24-ü, saat 10:05-ə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2B ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə avqustun 25-də, saat 10:05-də qeyd olunan ünvanda baxılacaq.