11 sentyabr 2023 00:45
527

63500 manat qazanıb milyonçu oldu

Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster” verilişində yenidən maraqlı anlar yaşanıb.

“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL-lik sualı cavablandırıb. 

O, "Türkiyədə 81 vilayət adında bu dörd hərfdən hansı digər üç hərfdən azdır?" sualında doğru seçim edərək 63 500 manatı qazanıb.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, 24 yaşlı Rabia 11 sualı ötən verilişdə doğru cavablandıraraq 12-ci sualı açdırmaq haqqı əldə etmişdi.