Gədəbəy istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.
Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Belə ki, sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar