Heç yerdə oxumadığınız inanılmaz faktlar
Sən demə, qədim zamanlardan bəri çillər “şeytanın işarəsi” sayılırdı. Orta əsrlərdə çil, ziyil və xalları olan xanımların cadugər olduğuna inanılırdı. Buna görə də onlar edam olunurdular.
Dünyada yaşamış ən varlı insan Mansa Musa adında kişi olub. Qeyd edək ki, 1331-ci ildə dünyasını dəyişən Mansa Musanın 400.000.000.000 dollar dəyərində sərvəti olub.
Filippin dənizi dünyanın ən dərin dənizi kimi tanınır, çünki burada dərinliyi 110022 m olan məşhur Mariana xəndəyi yerləşir. Su anbarının sahəsi cəmi 5726 min km²-dir. Bu su anbarının yaxınlığındakı hövzə çox heterojendir və mürəkkəbliyi baxımından alimlər onu okeanın yatağı ilə müqayisə edirlər. Dibində təkcə dəniz dağları və silsilələr deyil, hündürlüyü 3000 metrə çatan sualtı vulkanlar da mövcuddur.
Statistikaya görə, bir nəfəri ildırım vurma ehtimalı mində üçdür. Bir nəfəri 7 dəfə ildırım vurma ehtimalı isə milyonda birdir. Çox maraqlıdır ki, Roy Sallivan adlı şəxs isə bu hadisəni düz 7 dəfə yaşayıb. Onu 1942-ci ildə ilk dəfə ildırım vurub. Bu hadisədən sonra dağdan aşağı maşınla enərkən, balıq tutarkən və evdə dincələrkən onu bir daha ildırım vurub. Bir dəfə isə arvadına paltar asmaqda kömək edərkən ildırım hər ikisini vurub. Sallivanın sözlərinə görə, buludlar sanki onu izləyirmiş. Başına gələn bədbəxt hadisələrdən bezən Sallivan 71 yaşında intihar edib.
Motsartın ən qəribə xüsusiyyəti xarici görünüşünə böyük önəm verməsi idi. Əslində həyatı boyunca krallar, kraliçalar və elit təbəqənin qarşısında konsert verən dahinin xarici görünüşünə bu qədər önəm verməsi heç də qəribə deyil.
Mumbay nəqliyyat sıxlığına görə dünya ölkələri sırasında 4-cü yerdədir. Burada qəribə bir inanc sürücülər arasında çox məşhurdur. Sürücülərin düşüncələrinə görə, işıqforda çox siqnal versəniz, onda yaşıl işıq daha tez yanacaq. Bu tip cahil insanların düşüncələri şəhərdə çox səs-küy yaradır və son zamanlarda insanları çox narahat etməyə başlayıb. Məhz buna görə yol polisi idarəsi bu problemi aradan qaldırmaq üçün maraqlı bir çıxış yolu tapıb. Onlar işıqfora xüsusi bır qurğu quraşdırıblar. Bu qurğu vasitəsi ilə yolda səs 85 desibeldən yuxarı qalxarsa, onda yaşıl işıq daha gec yanır. Mumbay polisinin düşüncələrinə görə, bu vasitə ilə problemin qarşısını alacaq.
Çox maraqlı faktlardan biri də odur ki, sən demə, qarğaların zəka səviyyəsi ən azı 7 yaşlı uşağın zəka səviyyəsindən yüksəkdir.
“Ümüd almazı” adlandırılan qiymətli daşın bədbəxtlik gətirdiyini eşitmisinizmi? Qiyməti təxminən 250 milyon dollar olan almaz hazırda ABŞ-dakı yerləşən Smitsonov Muzeyində saxlanılır. Rəvayətlərə görə, dəyərli zinyət əşyası sahiblərinə bədbəxtlik gətirib. Almazın sahiblərindən birini itlər parçalayıb, digəri isə fransızlar tərəfindən döyülərək öldürülüb.
Salvador Dali insanları əyləndirməyi çox sevirdi. Şoumen adlandırılan məşhur rəssam insanların diqqət mərkəzində olmağından xoşu gəlirdi. Bir dəfə spiker olaraq bir konfransa dalğıc geyimi ilə qatılmışdı. Onun etdiyi bu qəribə hərəkət hər kəsin marağına səbəb olmuşdu.
İsveçrədə prezident hər il dəyişilir. Digər ölkələrlə müqayisədə burada prezident daha az səlahiyyətə sahibdir.
Heç bilirdinizmi ki, dünyada əkizlərin çoxu Hindistanın Kandidu-Qodoy şəhərində göz açır? Tarixçilərin fikrincə, bu hadisələr Yozef Mengelenin təcrübələrinin nəticəsində baş verməyə başlayıb. Mengele müharibədən qaçaraq 60-cı illərdə Kandidu-Qodoy kəndinə gəlib və orada yerli həkim kimi çalışmağa başlayıb. Bundan əlavə, o, sakinlərin qanını götürməklə bir sıra təcrübələr də aparmaqla məşğul olub.
Səddam Hüseynin böyük oğlu Uday Bağdad Universiteti tərəfindən Siyasi elmlər doktoru elmi dərəcəsini almışdı. Bu elmi adı almasına baxmayaraq onun heç orta təhsili də yox idi.
İmmanuel Kant özü üçün çox maraqlı bir gündəlik rejim tərtib etmişdi. Çox maraqlıdır ki, həyatının 40 ilini dahi insan hər gün eyni saatda eyni şeyləri edərək keçirib.
Birləşmiş Ştatlarda 75 milyondan çox, dünyada isə 400 milyondan çox it var. Qeyd edək ki, Birləşmiş Ştatlar ev heyvanı olaraq it saxlayan ölkələr siyahısında birinci yerdədir. Ardınca isə Braziliya və Çin gəlir.
Planetdəki ən bahalı mineral hələ də 1 karat qiymətinin 30.000 dollar civarında dəyişdiyi qırmızı almazdır. O, həm də ən nadir minerallar sırasına daxildir. Bəşəriyyət tarixində almaz mədənində yalnız 100 ədəd tapılıb. Demək olar ki, bütün nümunələr Avstraliyanın “Argyle” mədənindən çıxarılıb.
Hindistanın Himçal-Pradeş ştatında Malana adlı dağ kəndi yerləşir. Bu kənd illər boyu sanki dünyadan təcrid edilib. Qəribə səslənsə də kənddə nə konstitusiya, nə qanunlar, nə də polis fəaliyyət göstərir. 1500-ə yaxın sakini olan kənd dünyanın ən qədim demokratik məkanlarından biri hesab olunur. Malananın qapıları ziyarətçilərə ilk dəfə 2009-cu ildə açılıb.
Heç bilirdinizmi ki, dünyada ən çox fotosu çəkilən qadın Şahzadə Dianadır?
1923-cü ildə Floridanın Marble Bar şəhərində ilin təxminən 8 ayı ərzində temperatur +49 dərəcəyə çatıb.160 gündən çox davam edən və bir çox insanın həyatına son qoyan bu anomal istilər “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu.
Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki, ölkədəki qəbir daşlarının hamısı digər materiallardan hazırlanıb.
Nigeriyada qəribə süfrə mədəniyyəti mövcüddur. Burada insanlar yumurta yeyən uşaqların oğru olacağına inanırlar. Bu səbəblə onlar uşaqlarına yumurta yedizdirmirlər.
Heç bilirdinizmi ki, əslində portağal narıncı deyil, yaşıldır? Bu meyvənin üst təbəqəsində çox miqdarda xlorofil var, buna görə də onun rəngi yaşıl olur. Portağal sərin yerdə böyüyürsə, xlorofil artıq o qədər də böyük rol oynamır. O, zaman meyvənin içliyi narıncı rəngə çevrilir. Bundan belə nəticə çıxara bilərik. Yaşıl portağal yetişmiş meyvələrdir. Lakin narıncı portağal yetişmə dövrünü çoxdan keçib.
Çox maraqlıdır ki, əlsıxmadan keçən mikrobların sayı öpüşdən keçənlərdən daha çoxdur. Alimlər sübut ediblər ki, əl sıxarkən qripə yoluxma öpərkən yoluxmaqdan daha realdır.
Bəs siz sualtı qəbiristanlığın mövcud olduğunu bilirdinizmi? Sən demə, ABŞ-da yerləşən “Neptun” adını daşıyan sualtı məzarlıq 2013-cü ilin dekabr ayında fəaliyyətə başlayıb. Bu məzarlıq suyun 17 metr dərinliyində yerləşir. Deyilənlərə görə, 125 min nəfər üçün nəzərdə tutulan “Neptun” sualtı qəbiristanlığı məhv olmaqda olan koral rifləri üçün də həyat mənbəyi olacaq. Suyun 17 metr dərinliyində yerləşən bu qəbiristanlıqda ölən şəxslərin adları mis bürüncə yazılaraq məzar daşlarına yerləşdirilir.
Hans Kristian Andersen səhvsiz bir söz belə yaza bilmirdi.
Sağlam qidalanma və düzgün bəslənmə haqda bir neçə kitabın müəllifi olan məşhur həkim Elis Çeys aclıqdan ölüb.
Rus kraliçası I Elizaveta vəfat etdiyində, onun qarderobunda 15 mindən çox paltar var idi.
Çində məzun gününə həsr olunan tədbiri qəribə olsa da toya bənzətmək olar. Həmin əlamətdar gündə qızlar özlərinə geyinmək üçün gəlinlik sifariş verirlər. Bu ölkədə məzun gününə həsr olunan təbdir çox şən və maraqlı keçir. Tələbələr xoş günlərini valideyn və qohumları ilə birgə qeyd edirlər.
Hər il dünyada 100 milyarddan çox banan yeyilir. Ən çox banan isə Afrika ölkəsi Uqandada yeyilir. Bu ölkənin hər bir sakininə ildə təxminən 220 kq şirin meyvə düşür.
Samirə Tağıyeva, “İki sahil”