Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Bu barədə "İki sahil"ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar