12 sentyabr 2023 17:57
401

Daşkəsəndə partiya fəalları ilə görüşlər davam edir FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşləri davam etdirir.
Sentyabrın 12-də qrafikə uyğun olaraq YAP Daşkəsən rayon təşkilatı Zəylik kəndində partiya fəalları, bitərəflər, ziyalılar və ağsaqqallarla görüş keçirib.

Partiyanın rayon təşkilatının sədri Meydanəli Yolçiyevin də iştirak etdiyi tədbirdə Yeni Azərbaycan Partiyasının və müasir Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların əziz xatirəsi yad edilib.
Görüşdə Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində əldə etdiyimiz böyük uğurlardan, YAP-ın ölkəmizin və cəmiyyətimizin inkişafı üçün gördüyü işlərdən, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən geniş söhbət açılıb.
Zəylik kəndində yaşayan Kəlbəcərdən məcburi köçürülənlər Vətən həsrətlərinə son qoyduğu üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə və qəhrəman ordumuza təşəkkürlərini bildiriblər. Hər zaman olduğu kimi, bundan sonra da cənab İlham Əliyevi dəstəkləyəcəklərinə söz veriblər.
Yekunda 1 nəfər şəxs YAP üzvü olmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, "İki sahil"