20 sentyabr 2023 02:36
624

Qara zirə xalq təbabətində

Qara zirə yağı saçqıran xəstəliyə və ziyillərə qarşı müalicə vasitəsi kimi faydalıdır. Su ilə bərabər bir misqal  içilərsə, astma, eləcə digər nəfəs yolu  xəstəliklərə  müsbət təsir  göstərər. Baş ağrısı  zamanı  qara  zirə yağından sarğı hazırlayıb oraya   qoymaq ağrını kəsir.  

Yovşan alaq otu olsa da...

Mütəxəssislər  bildirirlər ki, yovşan bitkisi dəmir preparatlarla birlikdə 16 saat ərzində  xərçəng hüceyrələrini  orqanizmdən tamam təmizləyə bilir.  Yovşanın  belə şəfalı  xassələrini  ağciyər  xərçənginə  tutulan könüllülər  üzərində sınaqdan keçiriblər və  nəticə heyrətləndirici olubdur. Belə ki, eksperimentlərin bütün iştirakçıları sağlamlıqlarını  mürəkkəb terapiyadan keçmədən bərpa ediblər. O da məlum olub ki,  bu alaq otu  seçim üsulu ilə işləyir, həmçinn sağlam orqanlara  toxunmadan  yalnız  bədxassəli  şişləri məhv edir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü