Mütəxəssislər hansı aqressiv prosedurların saçları məhv etdiyini, onlara bərpa olunmaz zərər verdiyini izah ediblər.
Həkimlər saç tökülməsinə və baş dərisinin zədələnməsinə səbəb ola biləcək bir sıra prosedurları azaltmağı və ya tamamilə aradan qaldırmağı məsləhət görüblər. Onların arasında saçları yandıran isti ütülər, saç qurutma maşınları, buruq fenlərin istifadəsi var.
Mütəxəssislər, həmçinin permlərdən və tez-tez boyamadan qaçmağı tövsiyə edirlər. Boyaların çoxu baş dərisi və saç üçün təhlükəli olan zəhərli maddələrdən ibarətdir.
Baş dərisini zədələyən səliqəsiz və düzgün olmayan darama da sağlam saçlar üçün zərərlidir.
Mütəxəssislər əmindirlər: saç baxımında xüsusi məhsullardan istifadə etmək daha yaxşıdır: bura effektivliyi kliniki cəhətdən sübut edilmiş şampunlar, maskalar, spreylər, saç uzanması üçün güclü aktivatorlar və təbii bitki ekstraktları daxildir.
Nubar Süleymanova, “İki sahil”