20 sentyabr 2023 23:48
507

Hipertoniya səssiz öldürücüdür?

"Rossiya" telekanalının "Ən vacibi haqqında" proqramında doktor Myasnikov “Hipertoniya həqiqətən simptomlar olmadan baş verə bilərmi” sualına cavab verib.

O qeyd edib ki, bu xəstəliyin məkrliliyi ilk növbədə özünü heç bir şəkildə göstərməməsi ilə bağlıdır. “Əslində hipertoniya hepatit C kimi, şəkərli diabet kimi başlanğıcda səssiz bir öldürücüdür.” Yəni hipertoniyanın ən mühüm əlaməti onun əlamətinin olmamasıdır”,-deyə mütəxəssis bildirib.

O vurğulayıb ki, orqanizmdə nə baş verdiyini başa düşmək üçün subyektiv hisslərə deyil, müntəzəm qan təzyiqi ölçmələrinin nəticələrinə etibar etməlisiniz. Xəstəlik hələ hədəf orqanlara zərər verməmiş, ilk başlanğıcda ondan xəbər tutmaq və vaxtında tədbir görmək vacibdir.

Nubar Süleymanova, “İki sahil”