Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Maarifləndirmə artsa da, profilaktik davranışlar hələ də zəif formalaşıb - KARDİOLOQDAN AÇIQLAMA
BSU və Gəncə-Daşkəsən RTİ-nin birgə təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin I Regional Forumu keçirilib - FOTOLAR