Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Boru Kəməri (TANAP) kimi regionun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verən böyük infrastruktur layihələri ilə yanaşı, yeni dövrdə bərpa olunan enerji, mədənçilik kimi sahələrdə də layihələr həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib
“Son bir neçə ildə iqlim böhranı, pandemiya, yüksək enerji və əmtəə qiymətləri, tədarük zənciri problemləri, Ukrayna-Rusiya müharibəsi kimi geosiyasi böhranlarla üzləşən enerji bazarımız iki ölkənin nümunəvi əməkdaşlığı sayəsində bu proseslərdən uğurla keçdi”, - deyə A.Bayraktar vurğulayıb.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib