Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il sentyabrın 1-nə qədər edvgerial.az portalında qeydiyyatdan keçmiş istehlakçılara 1 milyarddan çox kassa çeki üzrə 461,2 milyon manat, bu ilin yanvar-avqust aylarında isə 99,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb.
8 ayda qaytarılmış vəsaitin 70,3 %-i nağdsız, 29,7 %-i isə nağd qaydada alınmış mallara görə ödənilib.
Azərbaycanda ilk dəfə: Mal-qaranın əkin sahəsinə zərər vurması üzrə – 8 614 MANAT SIĞORTA ÖDƏNİŞİ EDİLDİ
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb