Bu ilin yanvar-avqust aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 419,6 milyon manatlıq əməliyyat aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % azdır.
Təkcə bu ilin avqust ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 200,9 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 6,4 % azdır.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib