"Qənirə Paşayevanın ölümü Türkiyə üçün də böyük itkidir".
“İki sahil” xəbər verir ki, bunu türkiyəli siyasətçi Sinan Oğan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.
"30 il öncə tanıdığım Qənirə Paşayeva necə idisə, son günə qədər də elə qaldı. Millətinə, Vətəninə sadiq oldu. Biz bu gün onu itirdik. Avropa Şurası Parlament Assambleyasında, Türkiyədə çıxışları, Azərbaycançılıq ideologiyası uğrunda apardığı mübarizə tarixdə qalacaq. Türkiyədə də hüzn var. Millət olaraq başımız sağ olsun, Allah rəhmət eləsin", - S.Oğan söyləyib.
Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır
Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir