24 sentyabr tarixində Türkiyənin İzmit şəhərinin Koçaeli “Türk Dünyası İş Qadınlarının Forumu” çərçivəsində Koçaeli Konqres Mərkəzində Türk Dilli Dövlətlərindən olan Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin şəhər və vilayətlərindən olan İş Qadınlarının istehsal etdikləri məhsullarının, əl işlərinin sərgisi və B2B görüşləri davam edib.
“İki sahil” xəbər verir ki, sərginin rəsmi açılış mərasimi keçirilib.
Həmin gün KOİDER-in geyim və eynəklər istehsal etdikləri üzvlərinin dəb sərgisi keçirilib.
Sərgidə Türk Dilli Dövlətlərinin İş Qadınları iştirak ediblər.
Sərgidən sonra KOİDER tərəfindən Avropanın ən böyük film platformasına səfər təşkil olunub.
Ölkə nümayəndələri burada fəal iştirak ediblər. Film platforması haqqında məlumat verən tur rəhbəri, həmin platformada tarixi türk serial və filimlərin çəkilişləri haqqında danışıb.
Qeyd edək ki, görüş BMT-nin Dayanıqlı İnkişaf Məqsədinin 8-ci və 17-ci bəndlərinə uyğun olaraq həyata keçirilib.