Artıq dövlət qulluğuna qəbul imtahanlarına kibergigiyena ilə bağlı suallar salınıb.
Bunu “İki sahil”ə açıqlaması zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov deyib.
İdarə rəisinin sözlərinə görə, oktyabr imtahanlarında ilk imtahan verənlər bu suallarla qarşılaşacaqlar.
“Bununla bağlı məsələ artıq Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılıb. Bu təşəbbüs ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası çıxış edib. Bütün dövlət qulluqçuları işə qəbul olunarkən təməl informasiya təhlükəsizliyi, kompüterdən təhlükəsiz istifadə qaydalarını bilməldir. Buna görə də, kompüter suallarının içinə kibergigiyena ilə bağlı, informasiya təhlükəsizliyi ilə bağlı suallar daxil edildi”, - deyə Tural Məmmədov əlavə edib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib