30 sentyabr 2023 01:36
777

Mariana çökəkliyində unikal kəşf

Çinin Qinqdao Okean Universitetinin alimləri Dünya Okeanının ən dərin hissəsində - Mariana çökəkliyində unikal kəşf barədə məlumat veriblər. 8900 metr dərinlikdən toplanan çöküntülərdə onlar tamamilə yeni növ bakteriofaq virusunu müəyyən ediblər.

“EurekAlert” xəbər verir ki, çinli ekspertlər tapıntı ilə bağlı araşdırmaları davam etdirirlər. Virusun tez-tez dərin dəniz çöküntülərində və hidrotermal ventilyasiya sahələrində rast gəlinən Halomonas bakteriyalarına yoluxmaq və çoxalmaq qabiliyyəti artıq məlumdur.

Virusoloq Min Vanqın sözlərinə görə, bu, hazırda elm tərəfindən ən dərində kəşf edilən bakteriofaqdır. Yeni virusu təhlil etdikdən sonra ona “vB_HmeY_H4907” adı verilib və alimlər belə qənaətə gəliblər ki, Dünya Okeanında əvvəllər məlum olmayan viruslar ailəsi mövcuddur.

Nubar Süleymanova, "İki sahil"