"Rossiya" kanalında "Ən vacibi haqqında" proqramında doktor Aleksandr Myasnikov ürək sağlamlığını qorumaq üçün nə etməli olduğumuzu açıqlayıb.
Doktor Myasnikov ilk növbədə vərdiş etməli olduqlarımızı sadalayıb:
Yatmazdan əvvəl qadcetlərdən istifadə etmək
Aleksandr Myasnikov yatmazdan ən azı dörd saat əvvəl telefondan istifadə etməməyi məsləhət görür. Çünki parlayan ekran yuxu hormonu olan melatoninin istehsalını pozur.
Həddindən artıq yemək
Həkimlər pəhrizə riayət etməyi məsləhət görürlər. Qida yüksək kalorili olmamalıdır, heyvan yağlarını və sürətli karbohidratları məhdudlaşdırmaq daha yaxşıdır. Qidaların məsuliyyətsiz istehlakı piylənməyə səbəb ola bilər ki, bu da ürəyin işinə mənfi təsir göstərir.
Rejimsiz yuxu
Düzgün bir yuxu rejiminin olmaması sağlamlığa mənfi təsir göstərir, buna görə də ciddi xəstəliklərin inkişafının qarşısını almaq üçün həkimlər həmişə eyni vaxtda yatmağı məsləhət görürlər.
Siz, həmçinin gecə növbəsində işləməkdən çəkinməlisiniz. Çünki bu da şişlərə və ürək xəstəliklərinə səbəb ola biləcək melatonin səviyyəsinin azalmasına səbəb olur.
Aleksandr Myasnikov əlavə edib ki, bütün xəstəliklər bir-biri ilə bağlıdır və biri müalicə olunmasa, digəri yaranacaq.
Piylənmə ürək-damar sisteminə mənfi təsir göstərən şəkərli diabetə, yüklənmiş ürək isə xərçəngə səbəb ola bilər.
Nubar Süleymanova, “İki sahil”