Mən Bakıda böyük dəyişikliklərin şahidi oldum. İşğalda olan ərazilərin geri alınması və indiki dəyişəklikləri görmək məni çox məmnun etdi.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Britaniya Ticarət Palatasının Azərbaycan üzrə sədri Con Paterson deyib.
İyirmi beş ilə yaxın Britaniya Ticarət Palatasının Azərbaycan üzrə sədri vəzifəsində çalışdığını diqqətə çatdıran Con Paterson bildirib: “Dünən Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminə dəvət olundum. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu.
İşğaldan azad olunmuş Zəngilanda yeni Konqres Mərkəzi açıldı. Biz dünən orada bir kəndin necə yenidən qurulduğunun şahidi olduq. Şuşadakı tarixi abidələri görmək çox maraqlı idi. Hamı Şuşa, Laçın, Zəngilan, Füzuli və digər işğaldan azad olunmuş rayonlarda görülən quruculuq işlərindən məlumatlıdır. Dağıdılmış şəhərlərin yenidən bərpasını görmək heyrətamizdir. Digər ölkələrin də təcrübələrindən yararlanmaq üçün belə tədbirlərin təşkili çox vacibdir”.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib