Vətən müharibəsi əlilləri - Rəşad Məmmədov və Vüsal Əliyevə ağrı pili əməliyyatı icra olunub. Azərbaycanda ilk dəfə həyata keçirilən bu əməliyyat üçün vacib olan tibbi avadanlıq – “spinal kord” Fond tərəfindən ölkə xaricindən gətirilib. Xarici və yerli həkimlər tərəfindən uğurla icra olunan əməliyyatın xərcləri də “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən“İki sahil”ə verilən məlumata görə, əməliyyatdan sonra hər iki qazidə şiddətli ağrıların 60-70 faiz azalması müşahidə olunub. Həkimlərin rəyinə əsasən bu ağrılar zaman keçdikcə tam olaraq aradan qalxacaq.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar:
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib