Azərbaycan Respublikası ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş hüquqi qüvvəyə minəcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasında oktyabrın 2-də keçiriləcək ilk iclasının gündəliyində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar