Cəbrayıl və Şuşa şəhərlərində elektrik avtobuslar və velosipedlər üçün ayrı yollar olacaq.
“İki sahil” xəbər verir ki, bunu şəhərlər üzrə dizayner Adiran Griffits “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.
"Cəbrayıl və Şuşada yol infrastrukturunun qurulmasında iştirak edirəm. Hər iki şəhərdə elektrik avtobuslarının və velosipedlərin hərəkəti üçün şərait yaradılır. Velosiped yolunu yaradan zaman bunun üçün parklanmanı, təhlükəsizliyi təmin etmək vacibdir. Əsas diqqət etdiyimiz məqamlardan biri də velosiped yollarının yaşıllıq, mənzərəli yerlərdən salınmasıdır. Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturu insanlar üçün təhlükəsiz, təmiz olmalıdır", - A.Griffits bildirib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib