Beynəlxalq Astronavtika Konqresinin 50 il sonra müstəqil Azərbaycanda, vətən olaraq gördüyümüz ölkədə keçirilməsi bizim üçün xoşbəxtlikdir.
Bunu “İki sahil"ə açıqlamasında TEKNOFEST-in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selcuk Bayraktar deyib.
"Türkiyənin Kosmik Agentliyi buradadır, nazirliklərimizin stendləri var, "Roketsan" və "Aselsan" burada təmsil olunur. Həmçinin bizim kosmik tədqiqatlarla məşğul olan təşkilatımız buradadır. Onsuz da biz bir millətik, iki dövlətik. Ölkələrimiz arasındakı əlaqələri kosmik məkanda da inkişaf etdirməliyik. Bu komsik məkanda ən prestijli konqresdir. Biz də inşallah 2 il sonra üçün Türkiyədə ev sahibliyi etmək istəyirik”, - deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyə Beynəlxalq Astronavtika Konqresində 500-ə yaxın "Teknofest" içtirakçısı və qalibi ilə iştirak edir.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib