Neft və qaz sənayesinə sərmayələrin kifayət qədər olmaması və ya onlardan imtina edilməsi qlobal enerji təhlükəsizliyinə təhdid yarada bilər.
"İki sahil”in “TASS“a istinadən verdiyi məlumata görə, bunu Əbu-Dabidə keçirilən ADIPEC konfransında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qais bildirib.
“Biz OPEK-də illərdir sənayemizə kifayət qədər sərmayə qoyulmamasının təhlükələri haqqında danışırıq, digərləri isə dünya enerji keçidinə doğru irəliləyərkən neft hasilatının ixtisarına və investisiyalardan imtina etməyə çağırır. Biz inanırıq ki, bu, bir çox ölkələri risk altında qoyur, çünki bu gün qlobal iqtisadi rifahın təməl daşı enerji təhlükəsizliyidir”, - deyə Əl-Qais Əbu-Dabidə keçirilən ADIPEC konfransında bildirib.
Təşkilatın baş katibinin qeyd etdiyi kimi, enerji keçidi istəyi neft-qaz sənayesinə investisiyadan imtina üçün səbəb olmamalıdır. Onun sözlərinə görə, bu prosesə cəlb olunan ölkələrin hökumətləri mərhələli enerji keçidi üçün aydın fəaliyyət planına malik olmalıdır və bu plan müasir qlobal iqtisadiyyatın tələblərini nəzərə almalıdır.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib