Azərbaycanlı gənclər “Bayraktar Technology Azərbaycan” şirkətində süni intellekt üzərində işləyirlər.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında TEKNOFEST-in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selcuk Bayraktar deyib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatları ilə bağlı texnologiyaları inkişaf etdirmək üçün Azərbaycanda “Bayraktar Technology Azərbaycan” şirkəti yaradılıb: “Orada Azərbaycan gəncləri süni intellekt üzərində işləyirlər. Bu pilotsuz təyyarələrin avtomatik uçmasını təmin edən proqram təminatıdır və ən mühüm texnologiyadır. Biz bunu qabaqcıl avtomatlaşdırma adlandırırıq. Azərbaycanlı qardaşlarımız İstanbuldadırlar, tezliklə bura gələcəklər".
S. Bayraktar qeyd edib ki, Türkiyənin Kosmik Agentliyi Azərbaycanın Kosmik Agentliyi ilə sıx əməkdaşlıq edirlər: “Yüksək texnologiyada da Azərbaycan güclənəcək. Biz gənclərimizin belə fəaliyyətlərdə gələcəyə iz qoyacaq layihələrdə birgə çalışmalarına önəm veririk”.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib