Oktyabrın 2-də “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Minsk-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.
“İki sahil” xəbər verir ki, AZAL-ın təyyarəsi Minsk Milli Hava Limanında iki ölkə arasında hava əlaqəsində yeni mərhələnin başlanğıcını simvolizə edən ənənəvi su tağı ilə təntənəli şəkildə qarşılanıb.
Tədbirdə “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndələri, Azərbaycanın Belarusdakı səfiri, Azərbaycan diasporunun nümayəndələri və Minsk Milli Hava Limanının rəhbərliyi iştirak ediblər.
Yeni marşrut sərnişinlərin iki paytaxt arasında rahat gediş-gəlişi üçün geniş imkanlar açır. Bu istiqamətdə üzrə uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək ki, bu da turistlər və biznes tərəfdaşları üçün əlavə perspektivlər yaradacaq.
Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz. Aviabiletləri, həmçinin aviaşirkətin mobil tətbiqində və akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib