Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı "Azərkosmos" QSC-nin idarə heyətinin sədri Saməddin Əsədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan son 10 ildə kosmosa 600 milyon dollar investisiya qoyub.
Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hökuməti kosmos proqramını davam etdirəcək.
"Gələcəkdə bölgədə xidmət sferasını genişləndirmək üçün telekommunikasiya peyki buraxmağı düşünürük. 2030-cu ildə Aya və Marsa missiya göndərməklə bağlı düşünəcəyik", - Saməddin Əsədov vurğulayıb.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib