Bu günədək 416 hektar meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib.
Bu barədə "İki sahil"ə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.
Onun sözlərinə görə, meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində torpaq hazırlığı işləri davam edir: "Əkin mövsümü ilə əlaqədar Lənkəran, Masallı, Tovuz, Sabirabad, Şabran, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Şəmkir, Gədəbəy və digər rayonların meşə fondu torpaqlarının açıq sahələrində bu günədək, ümumilikdə 416 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.
Payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək, toxumlar səpiləcək”.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib